Menu

        

Sakit Göl Hotel / Silent Lake Hotel

NOSTALGİE RESTORANI

 

Nostalgie Restoranı səhər şəfəqində bufet səhər yeməyindən zövq almaq və ya ay işığında, bizim ənənəvi Azərbaycan və Avropa mətbəxi və ya müasir Qərb menyusu seçimlərindən ibarət olan və hamısı bizim beynəlxalq təcrübəli aşpazlar və cazibədar səmərəli xidmət heyətinin əlində cəmlənən a la carte (menyu əsasında) şam yeməyi etmək üçün ideal yerdir.

Konsept: Bütün gün ərzində açıq nahar restoranı.

  • Səhər yeməyi 06-00 – 10-00
  • Qəlyanaltı 11-30 – 14-30
  • Nahar 18-30 – 22-00

Oturma tutumu 60 nəfər

NOSTALGİE RESTORANI

Hovuzbaşı balkon restoranında oturaraq, xüsusi şam işığı şəraitində, fonda quşların səsi ilə təmiz havadan zövq alaraq nahar edin.

Konsept: Bütün gün ərzində açıq nahar restoranı

Səhər yeməyi 06-00 – 10-00
Qəlyanaltı 11-30 – 14-30
Nahar 18-30 – 22-00
Oturma tutumu 40 nəfər

GOLDEN FISH RESTORANI

Bu sülh və sükunət, canlanma, ağlın, bədənin və ruhun cavanlaşması, bu hisslərin yumşaqlığında batmaq üçün bir yerdir. Burada qonaqlarımız istirahət edir, hər şeydən uzaqlaşır və özlərini bizim əllərimizə təslim edirlər və biz onları xəyallar və yeniliklərin içində üzdükləri bir dünyaya aparırıq. Otelimizin qonaqları "Golden Fish" restoranında göl mənzərəsinin və ləziz yeməklərimizin dadını çıxara bilərlər. Şəhər səs-küyündən uzaq, dadlı yeməklər, balıq ovu tam sizin istədiyiniz atmosferdir.

Atlantis Bar

Atlantis Bar - Siz tam xidmət göstərilən, gündəlik rahat şəraitə malik bardan zövq ala bilərsiniz, rəvan qarışdırılmış və ya sərt çalxalanmış kokteyl sizin seçiminizdədir, dostlarla görüşə, yeni tanışlıqlar edib, və ya macəralarınızın müvəffəqiyyətinin sağlığına içə  yaxud da sadəcə rahatlanıb hadisələri axışına buraxa bilərsiniz. Əhvalınızdan asılı olaraq əyləncəli fəaliyyətlərə qoşulmaq və ya sevimli oyununuzu böyük ekranda izləmək kimi hər şey sizi əyləndirmək üçün dizayn olunub. Getmədən öncə bu yeri qaçırmayın. 

Konsept: Kokteyl, Şampan, Şərab
Oturma tutumu 20 nəfər

Safran Bar

Safran Bar - Zamanı öz axarına buraxın. Təzə hazırlanmış bir fincan kofe ilə ləziz və dadlı şirniyyatlarla birgə istirahətinizdən həzz alın. Bunu gözlətməyə dəyməz və bu anı yaxınlarınızla bölüşün. Həmçinin burada Sizi fərqli qəhvə, çay və şirniyyat çeşidləri gözləyir.