Sakit Göl Şamaxıda istənilən damaq dadına uyğun, zəngin çeşidli, milli və avropa mətbəxinin yemək və içki seçimi mövcuddur. Geniş yemək çeşidlərini dadmaqla özünüzə unudulmaz qastronomik təcrübə qazanın.

Nostalgie Restoranı

Nostalgie Restoranı səhər şəfəqində bufet səhər yeməyindən zövq almaq və ya ay işığında, bizim ənənəvi Azərbaycan və Avropa mətbəxi və ya müasir Qərb menyusu seçimlərindən ibarət olan və hamısı bizim beynəlxalq təcrübəli aşpazlar və cazibədar səmərəli xidmət heyətinin əlində cəmlənən a la carte (menyu əsasında) şam yeməyi etmək üçün ideal yerdir.

Konsept: Bütün gün ərzində açıq nahar restoranı.

  • Səhər yeməyi 06-00 – 10-00
  • Qəlyanaltı 11-30 – 14-30
  • Nahar 18-30 – 22-00
  • Oturma tutumu 60 nəfər

 

Atlantis Bar – Siz tam xidmət göstərilən, gündəlik rahat şəraitə malik bardan zövq ala bilərsiniz, rəvan qarışdırılmış və ya sərt çalxalanmış kokteyl sizin seçiminizdədir, dostlarla görüşə, yeni tanışlıqlar edib, və ya macəralarınızın müvəffəqiyyətinin sağlığına içə  yaxud da sadəcə rahatlanıb hadisələri axışına buraxa bilərsiniz. Əhvalınızdan asılı olaraq əyləncəli fəaliyyətlərə qoşulmaq və ya sevimli oyununuzu böyük ekranda izləmək kimi hər şey sizi əyləndirmək üçün dizayn olunub. Getmədən öncə bu yeri qaçırmayın. 

Konsept: Kokteyl, Şampan, Şərab
Oturma tutumu 20 nəfər

Atlantis Bar

Golden Fish Restoranı

Bu sülh və sükunət, canlanma, ağlın, bədənin və ruhun cavanlaşması, bu hisslərin yumşaqlığında batmaq üçün bir yerdir. Burada qonaqlarımız istirahət edir, hər şeydən uzaqlaşır və özlərini bizim əllərimizə təslim edirlər və biz onları xəyallar və yeniliklərin içində üzdükləri bir dünyaya aparırıq. Otelimizin qonaqları “Golden Fish” restoranında göl mənzərəsinin və ləziz yeməklərimizin dadını çıxara bilərlər. Şəhər səs-küyündən uzaq, dadlı yeməklər, balıq ovu tam sizin istədiyiniz atmosferdir. 

Safran Bar – Zamanı öz axarına buraxın. Təzə hazırlanmış bir fincan kofe ilə ləziz və dadlı şirniyyatlarla birgə istirahətinizdən həzz alın. Bunu gözlətməyə dəyməz və bu anı yaxınlarınızla bölüşün. Həmçinin burada Sizi fərqli qəhvə, çay və şirniyyat çeşidləri gözləyir.

Safran Bar

Reservasiya

  • OTAQLARIN XÜSUSİYYƏTLƏRİ
  • Simsiz İnternet
  • Yazı masası və kürsü
  • Oxu masası və qəhvə masası
  • Kabel televiziyası
  • Mini-bar
  • Fərdi idarə edilə bilən hava kondisioneri
  • Fen
  • Seyf
  • Şəxsi balkon (deluxe və suit)
  • Hamam xalatı və çəkələk
  • Hamam otağının xüsusi əşyaları
  • Telefon
  • DVD Pleyer
  • XİDMƏT VƏ İMKANLAR
  • 24 saat otaq-nahar xidməti
  • Hava limanından daşınma
  • Bütün otel ərazisində simsiz internet
  • Avtomobil kirayəsi, tur və səyahət xidməti
  • Danışma masası
  • 24 saat həkim xidməti
  • 24-saat resepsiyon xidməti
  • 24-saat biznes mərkəzi
  • Biznes Lanç təşkili
  • Camaşırxana və kimyəvi təmizləmə servisi
  • Siqaret çəkilməyən otaqlar
  • Poçt və Kuryer xidməti
  • Seyf
  • Mövzulu şənliklər
  • OTELƏ GİRİŞ VƏ ÇIXIŞ

“Otelə Giriş” zamanı saat 14:00 “Oteldən Çıxış” zamanı isə saat 12:00-dır. Hər hansı bir xüsusi ehtiyaclar əvvəlcədən xəbərdar edilməlidir. Gec Oteldən Çıxış və tez Otelə Giriş də mümkündür, lakin bu zaman əlavə ödəniş hesablanacaq.

  • Transport

Əgər Hava limanından daşınma tələb olunarsa, sürücü əlində qonağın adı olan tablo ilə terminalda gözləyəcək.

  • ÖDƏNİŞ ÜSULLARI

Visa Card, Master Card ödənişi, eləcə də nəğd və bank köçürməsi də mümkündür. Nəğd ödəniş AZN ilə olmalıdır.

  • MƏHDUDİYYƏTLƏR
  • Otel ev heyvanları və quşların saxlanmasına icazə vermir.
  • Qiymət cədvəlini dəyişmək hüququ yalnız otelə aiddir.
  • LƏĞV OLUNMA

Bütün bronlar ödənişdən sonra zəmanətlənir. Zəmanətlənmiş bronlar ödəniş edildiyi gündən qüvvəyə minir. Əgər zəmanətlənmiş bron ləğv olunarsa, tam həcimdə cərimə tətbiq olunur.

2014-2019 © Sakit Göl Tətil Məkanı – Şamaxı